Penitensiar Xidmətin yeni rəisi kimdir? - DOSYE
Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.

TodayPress TV xəbər verir ki, Sahib Rzayev 27 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yeni vəzifəyə təyin olunub.
Sahib Rzayev 1977-ci ildə anadan olub. O, 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə həmin universitetin Hüquqşünaslıq ixtisası üzrə magistr dərəcəsini bitirib.
Əmək fəaliyyətinə gəlincə, 2006-cı ilə qədər daxili işlər orqanlarında müstəntiq vəzifəsində çalışıb. 2006–2023-cü illərdə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində, Baş Əməliyyat İdarəsində müxtəlif rəhbər vəzifələrdə, həmçinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini postunda qulluq edib. Daha sonra, 2023–2024-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsini icra edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ,o, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunub.
Sahib Rzayev 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) ali xüsusi rütbəsini daşıyır. Xidməti fəaliyyətindəki fərqlənməyə görə "Hərbi xidmətlərə görə" medalı, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və digər dövlət mükafatlarına layiq görülüb.
Qeyd edık ki, Sahib Rzayevdən əvvəl Penitensiar xidmətin rəisi vəzifəsini Mirsaleh Mirmehdiyev oğlu Seyidov icra edib.
Ailəlidir və övladları var.