80 il ötdü - Almaniya Rusiyaya qarşı müharibəyə hazırlaşır

80 il ötdü - Almaniya Rusiyaya qarşı müharibəyə hazırlaşır
27.10.2026 12:35 Dünya

Avropada təhlükəsizliklə bağlı narahatlıqlar fonunda Almaniyanın hərbi hazırlıqları diqqət mərkəzinə düşüb. Berlinin xüsusi təyinatlı qüvvələrinin təlim proqramında Rusiya ilə mümkün hərbi qarşıdurmaya uyğun ssenarilərə yer verilməsi regiondakı təhlükəsizlik müzakirələrini yenidən gündəmə gətirib.

TodayPress TV “Bild” nəşrinə istinadən xəbər verir ki, Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə mümkün müharibəyə hazırlayır.

Elit KSK bölməsinin komandiri Andreas Kühne hərbçilərin hazırlıqlarının Rusiya ilə mümkün qarşıdurmaya yönəldildiyini bildirib.

Xüsusi təyinatlı qüvvələr kəskin soyuq şəraitdə uzunmüddətli əməliyyatlar keçirmək üçün təlimlərdə iştirak edir. Həmçinin tanklara, artilleriyaya, dronlara və elektron müharibə vasitələrinə qarşı mübarizə üzrə hazırlıq keçirlər.

Almaniyanın Rusiya ilə mümkün müharibəyə hazırlıq görməsi tarixdən alınan dərslərin nə dərəcədə nəzərə alındığı sualını bir daha gündəmə gətirir.

Zəhra Məmmədova

TodayPress TV

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər