Külli miqdarda mənimsəmə: vəzifəli şəxs həbs edildi

Külli miqdarda mənimsəmə: vəzifəli şəxs həbs edildi
27.10.2026 11:46 Gündəm

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur.

TodayPress TV APA-ya istinadla xəbər verir ki, Ucar rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bölmə müdiri 100 min manatadək vəsaiti mənimsəməkdə ittiham edilir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkən kimi TƏBİB tanınıb.


TodayPress TV 

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər