Azərbaycanın BMT baş katibi postuna namizədi bəlli oldu

Azərbaycanın BMT baş katibi postuna namizədi bəlli oldu
27.10.2026 12:22 Siyasət

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə medianın sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini vurğulayır:

"Ümid edirik ki, bu proses daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya verən BMT-nin formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq".

TodayPress TV 

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər