İki “Qızıl top”, bir seçim: Ronaldo hansına üstünlük verdi?

İki “Qızıl top”, bir seçim: Ronaldo hansına üstünlük verdi?
27.10.2026 10:34 İdman

Braziliya millisinin sabiq hücumçusu Ronaldo karyerası ərzində qazandığı iki “Qızıl top” mükafatından hansını daha dəyərli hesab etdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, 2026-cı ilin mükafatlandırma mərasimində iştirak edən əfsanəvi futbolçu ötən mövsümün ən yaxşı oyunçusu seçilən Harri Keynə “Qızıl top”u təqdim edib.

Ronaldo seçim edərkən 2002-ci ildə qazandığı mükafata üstünlük verdiyini bildirib:

“Qazandığım iki “Qızıl top”un hər ikisi mənim üçün əhəmiyyətli olub. Ancaq seçim etməli olsaydım, 2002-ci ildə qazandığım mükafatı seçərdim”.

Braziliyalı futbolçu ilk “Qızıl top”unu 21 yaşında, Milanın “İnter” klubunda çıxış etdiyi dövrdə qazanıb. O, ikinci dəfə bu nüfuzlu fərdi mükafata 2002-ci ildə layiq görülüb. Həmin vaxt Ronaldo “Real Madrid”in formasını geyinib və Braziliya millisi ilə dünya çempionu olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər