İordaniyada tatami həyəcanı: Beş cüdoçumuz mübarizəyə qoşulur

İordaniyada tatami həyəcanı: Beş cüdoçumuz mübarizəyə qoşulur
27.10.2026 10:46 İdman

İordaniyanın paytaxtı Ammanda cüdo üzrə gənclər arasında Asiya Kuboku keçiriləcək.

TodayPress TV xəbər verir ki, 31 oktyabr – 1 noyabr tarixlərində təşkil olunacaq beynəlxalq yarışda Azərbaycanı dörd çəki dərəcəsində beş cüdoçu təmsil edəcək.

İdmançılarımız turnirdə gənc qızlardan ibarət milli komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxış edəcəklər.

Asiya Kubokunda Gülşən Hüseynova və Gülgəz Musayeva (hər ikisi 48 kq), Çinarə Sadıqova (52 kq), Aytən Verdiyeva (57 kq) və Ayan Əliyeva (63 kq) ölkəmizi təmsil edəcəklər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər