Mbappe mövsümün sonunu buraxa bilər
İdman
27.04.2026 15:31
“Real Madrid” klubu hücumçu Kilian Mbappenin zədəsinin diaqnozunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, daha əvvəl fransalı ulduzun klub mövsümünün sonuna qədər meydana çıxa bilməyəcəyi bildirilirdi.
Klubun rəsmi açıqlamasında futbolçunun sol ayağının yarımvətər əzələsindən zədə aldığı qeyd olunub.
““Real Madrid”in tibbi xidməti tərəfindən futbolçumuz Kilian Mbappe müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, onun sol ayağının yarımvətər əzələsində zədə aşkarlanıb. Vəziyyətin inkişafı daim izləniləcək”, - deyə məlumatda bildirilib.
27 yaşlı hücumçu cari mövsüm La Liqada 28 oyunda 24 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mbappenin hesabında, həmçinin UEFA Çempionlar Liqasında 11 matçda 15 qol və 1 assist var.
Qeyd edək ki, Mbappe La Liqanın 32-ci turunda “Betis”lə oyunda (1:1) 81-ci dəqiqədə əvəzlənib.
Namiq HUN
tag: Real Madrid,Mbappe,Zədə,Diaqnoz,Todaypress.tv,
