Matviyenko Azərbaycan komandasında fəaliyyətə başladı

İdman

21.04.2026 12:20

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) bədii üzgüçülük üzrə yeni mütəxəssislə əməkdaşlığa başlayıb.

TodayPress TV federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu sahədə məşqçi kimi Yekaterina Matviyenko ilə müqavilə imzalanıb.

Matviyenko müxtəlif illərdə Ukrayna, Misir və Rusiyada çalışıb, həmçinin Misirin Olimpiya və yeniyetmələrdən ibarət bədii üzgüçülük milli komandalarında da fəaliyyət göstərib. Son illərdə isə Krasnodarda klub səviyyəsində baş məşqçi olub.

Mütəxəssis bildirib ki, məqsədi zəngin təcrübəsini Azərbaycanda tətbiq edərək bədii üzgüçülüyün inkişafına töhfə verməkdir:

“Mən Rusiya məktəbinin ən güclü ənənələrini təmsil edirəm və istəyim Azərbaycanda bu idman növünün texniki bazasını gücləndirmək, inkişafını və kütləviləşməsini təmin etməkdir”.

Qeyd edək ki, federasiya əvvəlki məşqçi Oksana Pismennaya ilə əməkdaşlığı yekunlaşdırıb və ona gələcək karyerasında uğurlar arzulayıb.

Namiq HUN

TodayPress TV

tag: Yekaterina Matviyenko,ASF,Üzgüçülük,Məşqçi,Todaypress.tv,