Marrey media ilə olan çətin münasibətlərini açıqladı
İdman
28.11.2025 15:02
Britaniyalı tennisçi, dünyanın sabiq bir nömrəsi, ikiqat Olimpiya çempionu və “Böyük dəbilqə” turnirlərinin qalibi Endi Marrey karyerası ərzində və onu bitirdikdən sonra mediaya olan münasibətindəki fərqlərdən danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə Punto de Break nəşri məlumat yayıb.
Marrey hazırda mediaya yanaşmasının tamamilə fərqli olduğunu bildirib:
“Əvvəlcə tennisdən sonrakı həyatım barədə çox narahat olurdum, amma hazırda hər şey xoşuma gəlir. Karyeramın əvvəlində özüm kimi olmağa çalışanda dediyim bəzi sözlər şişirdilir və qalmaqal yaradırdı. Bu məni yorurdu. Mən mediaya olan inamımı itirdim və özümə qapanmağa başladım, az danışır və yalnız tennis haqqında düşünürdüm. Bu gün isə, şübhəsiz ki, hər şey tamamilə fərqlidir”.
Namiq HUN
tag: Endi Marrey,Media,Münasibət,Tennis,Todaypress.tv,
