Mareskadan sərt açıqlama: “Bu, 100% spekulyasiyadır”
“Çelsi” klubunun baş məşqçisi Entso Mareska Xosep Qvardiolanın mümkün gedişi fonunda “Mançester Siti”ni çalışdıracağı ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs sosial şəbəkə X-də paylaşıb.
“Bu məni maraqlandırmır, çünki bunun 100% spekulyasiya olduğunu bilirəm. Belə məsələlərə vaxtım yoxdur. Mənim burada, böyük ehtimalla, 2029-cu ilə qədər müqaviləm var. Diqqətim bu kluba yönəlib və burada olduğum üçün qürur duyuram.
Bir həftə əvvəl İtaliyada eyni vəziyyət “Yuventus”la bağlı idi. Mən buna əhəmiyyət vermirəm. Bu xəbərlərin niyə ortaya çıxdığını anlamaq vacibdir, amma bunlar sadəcə spekulyasiyalardır”, - deyə Mareska bildirib.
Namiq HUN