Marafonda dünya rekordu qırıldı

İdman

26.04.2026 18:34

Keniyalı atlet Sebastian Save London Maraton yarışında möhtəşəm nəticə göstərərək yeni dünya rekordu müəyyənləşdirib.

TodayPress TV xəbər verir ki, o, 42.195 km məsafəni 1 saat 59 dəqiqə 30 saniyəyə qət edərək tarixdə ilk dəfə marafonu 2 saatdan az müddətdə qaçan idmançı olub.

Əvvəlki rekord 2023-cü ildə Çikaqo Maratonu zamanı 2:00:35 nəticə göstərən Kelvin Kiptuma məxsus idi.

Yarışda ikinci yeri efiopiyalı Yomif Kecelça (1:59:41), üçüncü yeri isə uqandalı Yakob Kiplimo (2:00:28) tutub. Maraqlıdır ki, hər üç atlet əvvəlki dünya rekordundan daha sürətli nəticə göstərib.

Sebastian Save bununla da London marafonunda ardıcıl ikinci qələbəsini qazanıb. O, daha əvvəl Berlin Maraton yarışının da qalibi olub.

Qeyd edək ki, London, Berlin, Tokyo, Nyu York, Boston və Çikaqo marafonları “Dünya Marafonu Böyükləri” seriyasına daxildir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Maraton,Rekord,Dünya,İdman,Todaypress.tv,