"Mançester Yunayted" "Aston Villa"ya uduzdu
Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
TodayPress TV xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Aston Villa"nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra Birmingem klubu 36 xalla 3-cü pillədəki mövqeyini qoruyub. Mançester təmsilçisi isə 26 xalla 7-cidir.
Qeyd edək ki, tura "Fulhem" - "Nottingem" görüşü ilə yekun vurulacaq.