"Mançester Siti" "Arsenal"ı məğlub etdi

"Mançester Siti" "Arsenal"ı məğlub etdi
19.04.2026 22:17 İdman

İngiltərə Premyer Liqasında XXXIII tur davam edir.

TodayPress TV  xəbər verir ki, ikinci dövrənin mərkəzi oyunu bu gün keçirilib.

"Mançester Siti" "Arsenal"ı qəbul edib. Matçda hesab erkən açılıb. Rayan Çerki fərqlənib. Lakin çox keçmədən Kai Havertz hesabı bərabərləşdirib.

İkinci hissə "şəhərlilər"in üstünlüyü ilə keçib. Erlinq Haalandın vurduğu qol komandasına qələbə qazandırıb - 2:1.

Qeyd edək ki, "Arsenal" 70 xalla turnir cədvəlinə liderlik edir. Ehtiyatda bir oyunu olan "Siti" 67 xalla ikincidir.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər