Mahir Emreli yenə oyunu kənardan seyr etdi
Azərbaycan millisinin hücumçusu Mahir Emreli yenə “Kayzerslautern” klubunun heyətindən kənarda qalıb.
TodayPress TV xəbər verir ki, “Kayzerslautern” 2-ci Bundesliqanın XI tur səfərdə “Karlşluher” klubu ilə qarşılaşıb.
Mahir Emreli bu matç üçün iştirak ərizəsində yer almayıb. Hücumçu əvvəlki 5 oyunda da baş məşqçi Torsten Liberknextin qərarı ilə sifariş vərəqinə daxil edilməmişdi.
Görüş “Kayzerslautern”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Mahir Emreli yayda “Kayzerslautern” klubuna transfer olunub. O, cari mövsümdə cəmi 3 bundesliqa oyununda meydana çıxıb və qol vura bilməyib.
Namiq HUN