Luka Modriç 64 illik rekordu qırdı
“Milan” klubunun yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyasında tarixi nailiyyətə imza atıb.
TodayPress TV xəbər verir ki, o, çempionatın ən yaşlı yarımmüdafiəçisi kimi qol vuran futbolçu rekordunu yeniləyib.
A Seriyasının 3-cü turunda “Milan” - “Bolonya” matçında (1:0) Luka Modriç 61-ci dəqiqədə yeganə qolu vuraraq komandasına qələbə qazandırıb.
Xatırladaq ki, bu göstərici daha əvvəl 1961-ci ilin 26 mart tarixində “Milan”ın digər əfsanəvi oyunçusu Nils Lidholm tərəfindən “İnter”ə qarşı oyunda qeydə alınmışdı (38 yaş 169 gün).
Qeyd edək ki, Luka Modriç yay transfer pəncərəsində “Milan”a azad agent kimi keçib.
Namiq HUN