Luka Donçiç rekord qırdı
Basketbol üzrə Sloveniya yığmasının və “Los-Anceles Leykers” klubunun lideri Luka Donçiç Avropa çempionatının 1/4 final oyununda tarixi nəticə göstərib.
TodayPress TV xəbər verir ki, Almaniya ilə görüşdə (91:99) 39 xal toplayan Donçiç Avropa çempionatlarının tarixində bu mərhələdə ən çox xal qazanan basketbolçu olub.
Riqa turnirində Donçiçin payına komandasının bütün xallarının üçdə birindən çoxu düşüb. 26 yaşlı basketbolçu həmçinin 7 məhsuldar ötürmə və 10 ribaundla yadda qalıb. O, ümumilikdə meydanda 32 dəqiqə 49 saniyə oynayıb.
Namiq HUN