“Liverpul” Salahı mövsümün sonunadək itirdi

İdman

27.04.2026 11:21

Məhəmməd Salah zədə səbəbindən cari mövsüm bir daha “Liverpul” klubunun formasında meydana çıxmayacaq.

TodayPress TV “Reuters”ə istinadən xəbər verir ki, misirli vinger Premyer Liqanın XXXIV turunda “Kristal Pelas”la matçda (3:1) budun arxa əzələsindən ciddi zədə alıb.

33 yaşlı futbolçunun budunun arxa vətərində aşkarlanan qopmanın bərpası üçün təxminən dörd həftə vaxt tələb olunur.

Misir Futbol Federasiyası Salahın dünya çempionatına hazır olacağına ümid edir. Qrup mərhələsində Misir komandası Belçika, Yeni Zelandiya və İranla qarşılaşacaq.

Futbolçunun özü də iyunun 11-də Şimali Amerikada start götürəcək mundiala qədər sıraya dönmək niyyətindədir.

Daha əvvəl yayılan xəbərlərə görə, Salah mövsümün sonunda “Liverpul”u azad agent kimi tərk edəcək.

Qeyd edək ki, misirli ulduz cari mövsümdə “Liverpul”un heyətində meydana çıxdığı 39 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

tag: Məhəmməd Salah,Liverpul,Zədə,Mövsüm,Todaypress.tv,