“Lids Yunayted” iki məşqçini nəzərdən keçirir
“Lids Yunayted” klubunun rəhbərliyi baş məşqçi dəyişikliyi ilə bağlı variantları nəzərdən keçirir.
TodayPress TV TEAMtalk-a istinadən xəbər verir ki, klubun qısa siyahısında portuqaliyalı mütəxəssislər - Joze Mourinyo və Nunu Eşpiritu Santu yer alıb.
Bildirilir ki, bu mütəxəssislərə rəsmi təklif yalnız hazırkı baş məşqçi Daniel Farkenin istefası halında ediləcək.
Qeyd edək ki, klubun amerikalı sahibləri Farkenin “Lids Yunayted”i Premyer Liqada saxlamaq gücünə şübhə ilə yanaşırlar.
Hazırda “Lids” İngiltərə çempionatında 3 turdan sonra 4 xal toplayaraq turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.
Namiq HUN