Kriştianu Ronaldu “Qızıl buts” mükafatına layiq görüldü
“Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 2024/2025-ci illər mövsümünün ən yaxşı bombardiri kimi “Qızıl buts” mükafatını alıb.
TodayPress TV xəbər verir ki, portuqaliyalı futbolçu ardıcıl ikinci dəfədir mükafata sahib çıxır.
Mükafatı Ronalduya klubun əfsanəvi futbolçusu, “Əl-Nəsr”in keçmiş kapitanı və tarixdəki ən yaxşı bombardiri Məcid Abdulla təqdim edib.
Qeyd edək ki, forvard ötən mövsümdə çempionatda 30 oyunda çıxış edərək 25 qol vurub və 3 məhsuldar ötürməsi ilə yadda qalıb.
Xatırladaq ki, Kriştianu Ronaldu 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Namiq HUN