Kompani: “Bu son deyil!” – “Bavariya” yeni zəfərlərə hazırlaşır

İdman

20.04.2026 10:47

“Bavariya” klubunun baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasında erkən çempionluğu şərh edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə DAZN-ın efirində danışıb.

Kompani titul barədə danışarkən bildirib ki, hər uğur onun üçün ilk kimi xüsusi hisslər yaşadır:

“Bu, möhtəşəm hissdir. Hər titul mənim üçün sanki ilkdir və bu anlardan maksimum həzz almaq lazımdır. Bunun arxasında uzun illərin zəhməti dayanır”.

Belçikalı mütəxəssis vurğulayıb ki, mövsüm hələ yekunlaşmayıb və komandanın qarşısında yeni hədəflər var:

“Bayer Leverkuzen” ilə Almaniya Kuboku oyunu 

“Pari Sen-Jermen” ilə Çempionlar Liqasında çətin qarşılaşma

Qeyd edək ki, Münhen təmsilçisi XXX turda “Ştutqart” 4:2 hesablı qələbə qazanaraq mövsümün bitməsinə 4 tur qalmış çempionluğu təmin edib.

Namiq HUN

TodayPress TV

tag: Vensan Kompani,Bavariya,Klub,Futbol,Todaypress.tv,