Keyt Duqlass dünya rekordunu yenilədi

Keyt Duqlass dünya rekordunu yenilədi
20.06.2026 12:40 İdman

ABŞ-dən olan qadın üzgüçü Keyt Duqlass yeni dünya rekorduna imza atıb.

TodayPress TV xəbər verir ki, 24 yaşlı idmançı buna ölkəsində təşkil olunan "TYR Pro Swim Series" turnirində nail olub.

O, sərbəst üsulla üzmədə 50 metr məsafəni 23,59 saniyəyə qət edərək yeni dünya rekordunu müəyyənləşdirib.

Əvvəlki rekord 2023-cü ildəki dünya çempionatında 23,61 saniyə nəticə göstərən isveçli Sara Şöströmə məxsus idi.

Xatırladaq ki, Keyt Duqlass ikiqat olimpiya və yeddiqat dünya çempionudur.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər