Keçmiş gərginliyə baxmayaraq: PSJ Mbappeni unutmadı

Keçmiş gərginliyə baxmayaraq: PSJ Mbappeni unutmadı
20.12.2025 14:41 İdman

PSJ klubunun mətbuat xidməti sosial şəbəkə X-də keçmiş futbolçusu Kilian Mbappeni 27 yaşı münasibətilə təbrik edib. 

TodayPress TV xəbər verir ki, 20 dekabr tarixi fransalı ulduzun doğum günüdür.

“Kilian Mbappe 27 yaşını qeyd edir! Ad günün mübarək, Kilian!” – deyə Paris təmsilçisinin paylaşımında bildirilib.

Qeyd edək ki, 16 dekabr tarixində Parisin əmək mübahisələri üzrə məhkəməsi PSJ-ni Mbappeyə maaş və bonus borclarına görə 61 milyon avro ödəməyə məcbur edib. 

Daha əvvəl futbolçunun klubdan 253 milyon avro, PSJ-nin isə Mbappedən 440 milyon avro tələb etdiyi bildirilirdi.

Xatırladaq ki, Kilian Mbappe 2017–2024-cü illərdə PSJ-nin formasını geyinib. Bu müddət ərzində o, 308 oyunda 256 qol vuraraq klub tarixinin ən məhsuldar bombardiri olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər