İrlandiyalı ulduzun qayıdışı MMA aləmində həyəcan yaradıb

İdman

16.05.2026 11:05

Konor Makqreqor UFC-yə qayıtmağa çox yaxındır.

TodayPress TV “New York Times” nəşrinə istinadən xəbər verir ki, irlandiyalı döyüşçü Maks Hollouey ilə keçiriləcək döyüş üçün yekun danışıqlar aparır.

Məlumata görə, qarşılaşmanın iyulun 11-də UFC 329 çərçivəsində Las-Veqasdakı “T-Mobile Arenada” baş tutacağı gözlənilir. Döyüşün yarımorta çəkidə keçirilməsi planlaşdırılır. Bu, Hollouey üçün 77 kq çəki dərəcəsində ilk çıxış olacaq.

Bildirilir ki, qarşılaşma ilə bağlı rəsmi açıqlama yaxın günlərdə verilə bilər. 37 yaşlı Makqreqor artıq məşqlərə başlayıb və tam hazırlıq düşərgəsindədir.

Qeyd edək ki, Konor Makqreqor son döyüşünü 2021-ci ilin yayında keçirib. O, həmin vaxt ayaq zədəsi səbəbindən Dastin Poryeyə məğlub olub.

Namiq HUN

tag: ,