İran millisinin DÇ-2026 taleyinə aydınlıq gəldi!

İdman

18.05.2026 14:50

İran Futbol Federasiyası ABŞ-də keçiriləcək dünya çempionatı ilə bağlı FIFA-dan təminat alıb.

TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, iki gün əvvəl Türkiyədə İran Futbol Federasiyasının nümayəndələri ilə FIFA rəsmiləri arasında görüş keçirilib. Görüşdə İran millisinin 2026-cı il dünya çempionatında iştirakına dair zəmanət verilib.

“FIFA bizə qəbul edən tərəflərin bütün qaydalara əməl etməsi üçün əlindən gələni edəcəyinə dair təminat verdi”, – deyə İsmail Baqai bildirib.

Qeyd edək ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Iran yığma komandası seçmə mərhələdə Özbəkistanla 2:2 hesablı heç-heçə edərək mundiala vəsiqə qazanıb. İran millisi G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq. Komandanın bütün oyunlarının ABŞ ərazisində keçirilməsi planlaşdırılır.

Bundan əvvəl İran millisinin viza problemlərinə görə mundialı buraxa biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Namiq HUN

TodayPress TV

tag: FIFA,ABŞ,DÇ-2026,İran millisi,Todaypress.tv,