İngiltərə nəhəngləri Kamavinqanı bölüşə bilmir
İdman
18.04.2026 14:40
“Real Madrid” klubunun yarımmüdafiəçisi Eduardo Camavinqa Avropanın aparıcı komandalarının diqqət mərkəzinə düşüb.
TodayPress TV “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, futbolçuya ən ciddi maraq “Mançester Yunayted” və “Arsenal” tərəfindən göstərilir.
Daha az dərəcədə isə “Çelsi” və “Tottenhem Hotspur” da oyunçunu izləyir. Bundan əlavə, “Pari Sen-Jermen” futbolçunu Fransaya qaytarmaq variantını cəlbedici hesab edir.
Mənbəyə əsasən, Kamavinqanın karyerasını Premyer Liqada davam etdirməsi daha real görünür. Madrid təmsilçisi onun transferi üçün təxminən 60 milyon avro tələb edir.
Bildirilir ki, 23 yaşlı yarımmüdafiəçi İngiltərəyə keçəcəyi halda həftəlik 200-250 min funt sterlinq (təxminən 230-280 min avro) maaş tələb edə bilər.
Qeyd edək ki, Kamavinqa 2021-ci ildən “Real”da çıxış edir və onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: İngiltərə,Real Madrid,Eduardo Camavinqa,AvropaEduardo Camavinq,v,
