İngiltərə millisinin üzvü “Mançester Siti”də qalacaq

İngiltərə millisinin üzvü “Mançester Siti”də qalacaq
19.04.2026 14:38 İdman

İngiltərə millisinin üzvü Fil Foden “Mançester Siti”də qalacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Yarımmüdafiəçi "şəhərlilər"lə müqavilə müddətini 2030-cu il iyunun 30-na qədər artıracaq.

Hər iki tərəf tərəfdaşlığını davam etdirməkdə maraqlıdır.

25 yaşlı futbolçunun "Mançester" təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Klubun yetirməsi olan Foden 2017-ci ildən əsas komandada çıxış edir.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər