İngiltərə klubu üç aydan sonra məşqçisini istefaya göndərdi
“Şeffild Yunayted” klubu vaxtilə “Neftçi” və "Qarabağ"da köməkçi kimi çalışmış Ruben Sellesi baş məşqçi postundan istefaya göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə Çempionşip klubunun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssislə iyun ayında 3 illik müqavilə imzalanmışdı.
Qeyd edək ki, “Şeffild Yunayted” cari mövsüm Çempionşipdə keçirdiyi 5 oyunda xal qazana bilməyib. Şeffild təmsilçisi 24 komandanın yer aldığı çempionatda sonuncu yerdə qərarlaşıb.
Namiq HUN