İngiltərə klubu 1 həftəlik qapıçı transfer etdi

İngiltərə klubu 1 həftəlik qapıçı transfer etdi
22.10.2025 04:33 İdman

İngiltərənin "Şeffild Uensdey" komandası 1 həftəlik qapıçı icarəyə götürüb.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Bristol Siti"nin 30 yaşlı qapıçısı Co Lamli cəmi 7 günlük icarə əsasında "Şeffild Uensdey" kollektivinin sıralarına qoşulub.

Çempionşip təmsilçisi bu addımı əsas qapıçı İtan Horvatın cəzalı duruma düşməsi səbəbindən atıb.

Qeyd edək ki, "Şeffild Uensdey" hazırda İngiltərə Çempionşipinin turnir cədvəlində sonuncu - 24-cü pillədə qərarlaşıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər