İsrail klubunun biabırçı məğlubiyyəti Azərbaycanın mövqeyini sığortaladı!
Azərbaycan UEFA reytinq cədvəlində mövqeyini qoruyub saxlamağa nail olub.
TodayPress TV xəbər verir ki, ölkəmiz həftəni 24.187 əmsalla 24-cü pillədə başa vurub.
Bu nəticə UEFA Avropa Liqasının əsas mərhələsinin III turunun oyunlarından sonra rəsmiləşib. Belçikada keçirilən qarşılaşmada İsrailin “Hapoel” (Beer-Şeva) klubu “Yunion”a 0:4 hesabı ilə məğlub olub. Bu nəticədən sonra İsrail təmsilçisinin və ümumilikdə ölkənin reytinqdə Azərbaycanı geridə qoya bilməyəcəyi dəqiqləşib.
İsrail 24.125 əmsalla siyahının 25-ci pilləsində qərarlaşır. Qeyd edək ki, UEFA reytinqinə 106.463 əmsalla İngiltərə başçılıq edir.
Namiq HUN