İki cüdoçumuz Avropa çempionatının 1/8 finalında
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Davud Namazlı litvalı Mayus Genisi qızıl xal bölümündə yuko ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.
90 kq çəkidə çıxış edən Aslan Kotsoyev də ilk görüşünü qələbə ilə başa vurub. O, bolqarıstanlı Anton Dimitrovu yuko və vaza-aridən sonra ipponla məğlub edərək adını 1/8 finala yazdırıb.
Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.