Hendel Serbiyaya transfer oldu
“Vitoriya Gimaraeş” klubunun yarımmüdafiəçisi Tomaş Hendel Serbiyanın “Srvena Zvezda” komandasına keçib.
TodayPress TV xəbər verir ki, bu barədə Belqrad təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı portuqaliyalı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Transferin dəyəri 3,2 milyon avro təşkil edib.
Qeyd edək ki, daha əvvəl onun 6 milyon avroya Moskva ÇSKA-sına keçidinin baş tutmadığı barədə xəbərlər yayılmışdı.
2024/25 mövsümündə Hendel bütün turnirlərdə 48 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 13 milyon avro olaraq qiymətləndirir.
Töhfə Səməd