“Heç nə başa düşmürsünüz!” – Enrike tənqidlərə partladı

İdman

21.04.2026 11:01

“Pari Sen-Jermen” klubunun baş məşqçisi Luis Enrike “Lion”a məğlubiyyətdən sonra jurnalistin sualına sərt reaksiya verib.

TodayPress TV xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Liqa 1-in XXX turunda “Lion” ilə keçirilən və 1:2 hesabı ilə uduzduqları oyundan sonra mütəxəssis heyətdə rotasiya qərarını belə izah edib:

“Əgər bunu başa düşmürsünüzsə, deməli heç nə başa düşmürsünüz. Qarşıda 9 oyunumuz var və sərəncamımızda 27 futbolçu mövcuddur. Sizcə, necə davranmalıyıq?

Məğlubiyyətdən sonra hər şeyi tənqid etmək asandır. Bəli, müəyyən mənada bu doğrudur, çünki biz bütün turnirlərdə qalib gəlmək istəyirik. Amma görək qarşıdakı oyunlar necə olacaq. Prioritetimiz real titul şansımız olan iki turnirdir”.

Qeyd edək Liqa 1-in lideri aprelin 28-də “Bavariya” ilə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununa çıxacaq.

Namiq HUN

TodayPress TV

tag: Pari Sen-Jermen,Luis Enrike,Lion,Liqa 1,Todaypress.tv,