Harri Keyn mövsümün ən yaxşı bombardiri seçildi
“Bavariya”nın hücumçusu Harri Keyn 2024/25 mövsümünün yekunlarına əsasən İngiltərə millisinin ən yaxşı bombardiri olub.
TodayPress TV xəbər verir ki, 32 yaşlı futbolçu milli komandanın heyətində 9 oyunda 7 qol vurub.
Sosial şəbəkədə paylaşım edən Keyn bu uğuru belə şərh edib:
“İngiltərə millisinin mövsümün ən yaxşı bombardiri olmaq böyük şərəfdir. Bu formanı geyinmək və ölkəmi təmsil etmək mənim üçün hər şey deməkdir. Qarşıda daha böyük hədəflər var!”.
Qeyd edək ki, Harri Keyn İngiltərə millisinin tarixində ən məhsuldar futbolçudur – o, 107 oyunda 73 qol vurub.
Töhfə Səməd