Harri Keyn Bundesliqada tarix yazdı
“Bavariya”nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasında yeni rekorda imza atıb.
TodayPress TV Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli forvard “Haydenhaym”la matçda (4:0) fərqlənərək çempionat tarixində ən tez 100 xal həddinə çatan futbolçu olub.
Harri Keynin aktivində “qol+ötürmə” sistemi üzrə 100 xal var — 81 qol və 19 məhsuldar ötürmə. O, bu göstəriciyə cəmi 78 oyunda nail olub.
Qeyd edək ki, statistik məlumatların aparılmağa başladığı 2004/2005 mövsümündən bəri bu, Bundesliqada qeydə alınan ən yaxşı nəticədir.
Namiq HUN