Harper əl barmaqlarından əməliyyat olundu
“San-Antonio” klubunun müdafiəçisi Dilan Harper sol əl baş barmağındakı qismən yırtılmış bağın bərpası üçün əməliyyat olunub.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı amerikalının 2025/26 mövsümünün başlanğıcına qədər sağalacağı gözlənilir.
“San-Antonio” ilk oyunda 22 oktyabrda “Dallas”la qarşılaşacaq.
Xatırladaq ki, Harper 2024/25 mövsümündə NCAA-da “Rutgers” universitetinin heyətində 29 oyuna çıxıb və orta hesabla 19,4 xal, 4 ötürmə və 4,6 ribaundla yadda qalıb.
Töhfə Səməd