Haaland animasiya filmində güclü döyüşçünü canlandıracaq

İdman

16.05.2026 13:04

Erlinq Haaland animasiya filmində vikinq obrazını səsləndirəcək.

TodayPress TV “The Hollywood Reporter” nəşrinə istinadən xəbər verir ki, “Mançester Siti” klubunun hücumçusu norveçli rejissor Harald Zvartın çəkdiyi “ViQueens” animasiya layihəsində iştirak edəcək.

Məlumata görə, futbolçu Haaland adlı vikinq obrazını səsləndirəcək. Layihə müəllifləri onun güclü döyüşçü obrazına uyğun gəldiyini bildiriblər.

Animasiya filminin süjeti Hedviq və İnqrid adlı iki vikinq qızının macəraları ətrafında qurulub. Onlar Norveçdən Çinə qədər uzanan böyük səyahətə çıxaraq buzlu fyordları keçəcək və İpək Yolu marşrutu ilə irəliləyəcəklər. Personajları Rita Ora və Ella Pernell səsləndirəcək.

Qeyd edək ki, “ViQueens” animasiya filminin premyerası 2026-cı ilin sonuna planlaşdırılır.

Namiq HUN

tag: ,