Güləşçimiz dünya çempionatının qalibi oldu

Güləşçimiz dünya çempionatının qalibi oldu
21.10.2025 21:15 İdman

Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatının qalibi olub.

TodayPress TV  xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici mərhələdə moldovalı Vitali Yeryomenkoya 6:3 hesabıyla qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, digər yunan-Roma güləşçimiz Elmir Əliyev (55 kq) finala yüksəlib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər