Gimnastlarımız dünya kuboku seriyasının qalibi oldular
Azərbaycanın akrobatika gimnastikası üzrə kişi cütlüyü Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən Dünya Kuboku seriyasının qalibi olublar.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Murad Rəfiyev - Daniel Abbasov cütlüyü Dünya Kubokunun bu mövsüm Purs, Burqas, Bakı və Jeşuvda keçirilən mərhələlərində sabit və yüksək nəticələr göstəriblər.