Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu

Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu
14.11.2026 20:00 İdman

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı təşkil olunub. Yarışlarda 7 klub və cəmiyyəti təmsil edən 70-dən çox idmançı mübarizə aparıb.

TodayPress TV  xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatına görə, çempionat üç kateqoriya üzrə keçirilib.

Hündürlüyü 70-80 santimetr olan maneələrin dəf edilməsi üzrə yarışda birinci yeri “Barat” ləqəbli atla çıxış edən Viktoriya Nduka tutub. İkinci yerdə “Burla” atı ilə Cavid Qurbanəliyev, üçüncü yerdə isə “Nabat” atı ilə Əhəd Məmmədov qərarlaşıb. İlk beşliyi Mədinə Məmmədova və Anar Hümbətov tamamlayıblar.

100-115 santimetrlik maneələr üzrə mübarizədə “Zirvə” atı ilə çıxış edən Anar Hümbətov qalib olub. “Elite” klubunun təmsilçisi Seyid Musayev “Parlaq” və “Uca” adlı atlarla müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. Rahib İsmayılov dördüncü, Azad Şükürov isə beşinci olub.

125-130 santimetrlik maneələr üzrə yarışda marşrutu cərimə balı toplamadan başa vuran yeganə iştirakçı Kənan Novruzov olub. O, “Tutu MNM” ləqəbli atla çempion adını qazanıb. Seyid Musayev ikinci, Ramil İbrahimov isə üçüncü yeri tutub.

Yarışın qalibləri və fərqlənən idmançılar Atçılıq Federasiyası və Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif olunublar. Çempionlara isə kubok təqdim edilib.

Mükafatları qaliblərə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.

FOTOLAR

Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 1
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 2
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 3
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 4
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 5
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 6
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 7
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 8
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 9
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 10
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 11
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 12
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 13
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 14
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 15
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 16
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 17
Atçılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu — 18
XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər