Gərginlik artır: Vinisius və “Real” razılığa gələ bilmir

İdman

18.04.2026 16:07

“Real Madrid” klubunun hücumçusu Vinisius Junior ilə bağlı müqavilə məsələsi gündəmdə qalır.

TodayPress TV xəbər verir ki, futbolçunun tərəfi klubdan daha yaxşı şərtlər tələb edir. 

Söhbət əsasən maaşın artırılması və ya müqavilənin uzadılması üçün əlavə bonuslardan gedir.

Buna baxmayaraq, “Real” rəhbərliyi mövqeyində qalır və mövcud müqavilə şərtlərini yaxşılaşdırmaq niyyətində deyil. Klub Vinisiusun komandada qalmasını istəsə də, güzəştə getməyə hazır görünmür.

Braziliyalı vinger özü də Madriddə qalmaq istəyir. Lakin onun müqaviləsinin 2027-ci ilin yayında başa çatması vəziyyəti mürəkkəbləşdirir və oyunçu tədricən azad agent statusuna yaxınlaşır.

Qeyd edək ki, tərəflər arasında danışıqların dünya çempionatı başlayana qədər uzanması ehtimalı yüksəkdir.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Vinisius Junior,Müqavilə,Futbol,Todaypress.tv,