"Gəncə" komandası ilk matçında məğlub oldu

"Gəncə" komandası ilk matçında məğlub oldu
07.10.2026 21:43 İdman

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununa çıxıb.

TodayPress TV xəbər verir ki, Türkiyənin "Esenler Erokspor" komandasının qonağı olan Azərbaycan təmsilçisi rəqibinə uduzub - 63:92.

C qrupunun matçı İstanbul şəhərində keçirilib.

Qeyd edək ki, "Gəncə" qrup mərhələsində "Universitatya Krayova" (Rumıniya), "Sportinq" (Portuqaliya), "Rilski Sportist" (Bolqarıstan) və "Kolossos"la (Yunanıstan) da üz-üzə gələcək.

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər