Futbolçu sabiq klubuna qayıtmağa qərar verdi
“Mançester Siti” klubunun futbolçusu Bernardu Silva karyerasını Portuqaliyada davam etdirə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Bildirilir ki, “Benfika” klubunda prezidentliyə namizəd olan Joau Lopeş seçiləcəyi təqdirdə, 31 yaşlı vingeri Lissabon təmsilçisinin heyətinə qatacağına söz verib.
Futbolçu ilə imzalanacaq müqavilə hazırdır. Vingerin keçidi yanvar ayına planlaşdırılır.
Qeyd edək ki, “Benfika”nın yetirməsi olan Silvanın “şəhərlilər”lə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.
Namiq HUN