Futbol ulduzu sərxoş vəziyyətdə yaxalandı!

İdman

27.04.2026 10:06

Cek Qriliş sərxoş halda Mançesterdə barın damında yuxuya gedib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. 

Hazırda icarə əsasında “Everton” klubunda çıxış edən və hüquqları “Mançester Siti”yə məxsus olan futbolçu dostları ilə istirahət edərkən diqqət mərkəzinə düşüb.

Məlumata görə, hadisə zamanı dostları onu oyatmağa çalışıblar. Futbolçunun bu vəziyyətə düşməsinin əsas səbəbinin həddindən artıq spirtli içki qəbulu olduğu bildirilir.

Mənbənin iddiasına əsasən, əməliyyatdan sonra bərpa prosesi keçən Qriliş mövsümün qalan hissəsini buraxa bilər. O, həmçinin İngiltərə yığma komandasının heyətində dünya çempionatında iştirak üçün namizədlər sırasında yer almayıb.

Mart ayında futbolçu sosial şəbəkə hesabında sağalması ilə bağlı paylaşım etmiş və “daha güclü qayıtmaq üçün çalışdığını” bildirmişdi. Həmin vaxt o, gipsdən qoruyucu ayaqqabıya keçmiş, ayağına düşən yükü azaltmaq üçün xüsusi skuterdən istifadə etmişdi.

Lakin reabilitasiya prosesinə baxmayaraq, Qriliş sonradan yenidən ictimai tədbirlərdə görüntülənib. O, Romaya səfəri zamanı Cordan Pikfordla birlikdə qapıçının həyat yoldaşının ad gününü qeyd edib.

Xatırladaq ki, Cek Qriliş uzun müddətdir əyləncə həyatına meyilli futbolçu kimi tanınır. O, daha əvvəl də bahalı məclislər təşkil edib və meydandan kənardakı həyat tərzi ilə tez-tez tabloidlərin manşetinə çevrilib.

Namiq HUN

TodayPress TV

tag: Cek Qriliş,Mançester,Everton,Sərxoş,Todaypress.tv,