Futbol dünyasını silkələyən təyinat rəsmiləşdi!

İdman

18.05.2026 13:02

Portuqaliyalı futbol mütəxəssisi Joze Mourinyo yenidən “Real Madrid”  klubunun baş məşqçisi təyin olunub.

TodayPress TV xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, tərəflər 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıblar və transfer prosesi tam yekunlaşıb.

Bildirilir ki, “kral klubu” Mourinyunun hazırkı komandası “Benfika”ya müqavilənin vaxtından əvvəl pozulmasına görə 6 milyon avro təzminat ödəyəcək.

Daha əvvəl yayılan xəbərlərdə portuqaliyalı mütəxəssisin “Real”da transfer siyasətində də söz sahibi olacağı qeyd edilirdi.

Xatırladaq ki, Joze Mourinyo 2010–2013-cü illərdə də “Real Madrid”ə  rəhbərlik edib. O, “kral klubu” ilə İspaniya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb.

Namiq HUN

TodayPress TV

tag: Joze Mourinyo,Real Madrid,Klub,Təyinat,Todaypress.tv,