Futbol dünyasını sarsıdan zədə!
İdman
27.04.2026 15:17
“Tottenhem Hotspur” klubu yarımmüdafiəçi Xavi Simonsun zədəsinin xarakterini açıqlayıb.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın XXXIV turunda “Vulverhempton”la oyunda (1:0) zədələnərək əvəzlənən futbolçunun sağ dizinin ön çarpaz bağları qopub.
Xavini yaxın həftələrdə əməliyyat gözləyir. 23 yaşlı futbolçu əməliyyatdan sonra klubun tibbi heyətinin nəzarəti altında reabilitasiya prosesinə başlayacaq.
“Tottenhem Hotspur” kollektivi futbolçuya sevgi və dəstəyini ifadə edib:
“Biz təsdiqləyirik ki, Xavi Simonsun sağ dizinin ön çarpaz bağı qopub. O, bu zədəni Premyer Liqada “Vulverhempton”la matçın ikinci hissəsində alıb. Yaxın həftələrdə Xavini əməliyyat gözləyir. Bundan sonra o, tibbi komandamızın nəzarəti altında bərpa prosesinə başlayacaq. Bütün kollektivimiz ona sevgisini və dəstəyini bildirir - bu yolun hər mərhələsində onun yanında olacağıq”, – deyə açıqlamada bildirilib.
Qeyd edək ki, X.Simons 7 aya qədər yaşıl meydanlardan kənarda qalacaq. Niderland millisinin üzvü dünya çempionatında iştirak edə bilməyəcək.
Namiq HUN
tag: Tottenhem Hotspur,Xavi Simons,Klub,Zədə,Todaypress.tv,
