Fransa millisinin start heyəti mundiallar tarixinə düşdü

Fransa millisinin start heyəti mundiallar tarixinə düşdü
18.06.2026 00:30 İdman

Fransa millisinin Seneqal yığması ilə oyundakı start heyəti dünya çempionatları tarixində ən bahalı heyət olub.

TodayPress TV bu barədə "Transfermarkt" portalına istinadən xəbər verir.

Fransa millisinin Seneqalla oyundakı start heyətinin ümumi bazar dəyəri 908 milyon avro olaraq qiymətləndirilir. Bu, dünya çempionatları tarixində rekord göstəricidir.

Dünya çempionatlarında ən bahalı start heyətləri reytinqində ikinci yer də fransızlara məxsusdur. Söhbət 2018-ci ildə Rusiyada keçirilən turnirin qrup mərhələsində Avstraliya ilə oyuna ilk dəqiqələrdən başlayan komandadan gedir. Həmin Fransa millisinin heyəti 710 milyon avro dəyərində qiymətləndirilirdi.

Üçüncü yerdə isə DÇ-2018-də İsveçrə ilə oyunda Braziliya millisi (650 milyon) qərarlaşıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər