“Formula-1” əfsanəsindən duyğusal açıqlama!
İdman
25.04.2026 17:15
“Formula-1” pilotu Fernando Alonso karyerasını nə vaxt bitirəcəyi ilə bağlı danışıb.
TodayPress TV xəbər verir ki, ikiqat dünya çempionu tarixi Monako Qran-prisi zamanı gələcəyi ilə bağlı suala cavab verib.
İyul ayında 45 yaşı tamam olacaq təcrübəli pilot bildirib ki, hazırda karyerasını başa vurmaq barədə konkret qərarı yoxdur:
“Bilmirəm. Demək çətindir. Mən etdiyim işi, yarışmağı çox sevirəm. İlk yarışımı üç yaşımda keçirmişəm. İndi isə 44 yaşım var. Yarışları bitirəcəyim an çox çətin qərar olacaq və bunu qəbul etmək asan olmayacaq”.
Fernando Alonso əlavə edib ki, özünü hələ də rəqabətədavamlı və motivasiyalı hiss edir:
“Vaxt göstərəcək, amma hələlik heç nəyi bitirmirəm. Özümü rəqabətədavamlı hiss edirəm, motivasiyam var və sükan arxasında xoşbəxtəm. Ümid edirəm ki, bu mənim son mövsümüm deyil”.
Qeyd edək ki, Fernando Alonso “Formula-1” tarixinin ən təcrübəli və tanınmış pilotlarından biridir.
Namiq HUN
tag: Fernando Alonso,Formula-1,Pilot,Karyera,Todaypress.tv,
