"Flamenqo"nun futbolçusu 12 oyunluq diskvalifikasiya edildi

"Flamenqo"nun futbolçusu 12 oyunluq diskvalifikasiya edildi
05.09.2025 11:54 İdman

Braziliyanın "Flamenqo" klubunun hücumçusu Bruno Enrike 12 oyunluq diskvalifikasiya edilib.

TodayPress TV xəbər verir ki, futbolçu qohumlarının etdiyi mərc naminə bilərəkdən sarı vərəqə almaqda günahlandırılıb.

Braziliya İdman Məhkəməsi 34 yaşlı futbolçunu təkcə diskvalifikasiya deyil, həm də idman etikasını pozduğu üçün 11 min ABŞ dolları məbləğində cərimələyib.

Söhbət 2023-cü ilin noyabrında "Santos"a qarşı keçirilən matçdakı (1:2) epizoddan gedir. Enrike qayda pozuntusuna görə sarı vərəqə alıb. Daha sonra hakimi təhqir etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan qovulub.

Futbolçuya idman saxtakarlığı ittihamı ilə cinayət işi açılacağı və onu iki ildən altı ilədək azadlıqdan məhrumetmə cəzası gözlədiyi də bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər