Finala gedən yol: bu gün ilk vəsiqə sahibini tapacaq
Bu gün futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşəcək.
TodayPress TV xəbər verir ki, Turan Tovuz klubu səfərdə Zirə ilə qarşılaşacaq.
Zirə İdman Kompleksi stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Komandalar arasında ilk yarımfinal matçında “Zirə” 2:0 hesablı qələbə qazanıb və cavab oyununa üstün durumda çıxacaq.
Namiq HUN