FIFA referilərimizin sayı artdı

İdman

19.12.2025 16:54

2026-cı ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı FIFA tərəfindən təsdiqlənib. 

TodayPress TV xəbər verir ki, əvvəlki illərlə müqayisədə beynəlxalq arenada ölkəmizi təmsil edən baş hakimlərin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub. 

Bu fakt Azərbaycan hakimliyinin inkişafının və görülən sistemli işlərin bariz göstəricisidir.

FIFA tərəfindən təsdiqlənmiş 2026-cı il üçün referilərimizin siyahısı aşağıdakı kimidir:

Referilər:

Kişilər:

1. Əliyar Ağayev

2. Elçin Məsiyev

3. Kamal Umudlu

4. Tural Qurbanov (yeni)

Qadınlar:

1. Fəridə Lütfəliyeva

Referi köməkçiləri:

1. Zeynal Zeynalov

2. Akif Əmirəli

3. Elşad Abdullayev

4. Pərvin Talıbov

5. Namiq Hüseynov

6. Vüsal Məmmədov

7. Cəmil Qulliyev (yeni)

8. Asiman Əzizli (yeni)

Qadınlar:

1. Gülnurə Əkbərzadə

2. Sevda Nurıyeva

VAR hakimləri:

1. Nicat İsmayıllı (yeni)

2. İnqilab Məmmədov (yeni)

3. Fərid Hacıyev (yeni)

Futzal üzrə referilər:

1. Hikmət Qafarlı

2. Knyaz Əmiraslanov

3. Əli Cəbrayılov

Çimərlik futbolu üzrə referi:

1. Nail Nağıyev

Yeni FIFA referilərinin siyahıya daxil edilməsi münasibətilə AFFA-nın baş katibi Cahangir Fərəcullayev referilərlə görüşərək onları təbrik edib, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını ifadə edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Namiq HUN

TodayPress TV

tag: FİFA,Referi,Say,Artım,Todaypress.tv,